Biz Kimik?

Sübhan Həsənli – Avropa İttifaqının Storitellinq proqramı çərçivəsində mentorluq proqramına qatılmış və həmin proqramın sayəsində bu layihəni ərsəyə gətirmişdir. 

Qumru Əliyeva – Hal-hazırda Belçikada Gent universitetində Konflikt və İnkişafda olan ölkələrlə bağlı magistr təhsili alır. 2019-cu ildə GIZ Azərbaycanın  bölgələrdəki layihəsi çərçivəsində monitorinq və koordinasiya sahələri üzrə çalışıb, bu müddət ərzində Bərdə, Mingəçevir və Ağdam rayonlarında fəaliyyət göstərib. Bundan sonra isə Y-PEER Bolqarıstanda 5 ay müddətində beynəlxalq təcrübəçi kimi çalışıb. “Açıq Platforma” layihəsinin isə layihə meneceridir.

Ülviyyə Əli – Hazırda jurnalist kimi Amerikanın Səsi ilə əməkdaşlıq edir, bundan öncə Fakt Yoxla və Azadlıq Radiosunda çalışıb. Daha çox insan haqları, siyasət, sosial mövzular üzərində çalışır. Layihə çərçivəsində video çəkilişlər edir və layihənin SMM-ni idarə edir.

Aygün Rəşid – Jurnalist kimi Amerikanın Səsi ilə əməkdaşlıq edir. Bundan əlavə “Sevil” adlı Qadın Sənədli Film layihəsinin təsisçisidir. O bu platformada yayımlanan videoları ərsəyə gətirənlərdən biridir.

Zülfiyyə Mehdiyeva – O 2020-ci ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, yerli QHT-də layihə koordinatoru vəzifəsində çalışmış və bir sıra sosial layihələr icra etmişdir. İnnovasiyalar, startuplar və sosial sahibkarlıq ilə maraqlanır. Zülfiyyə Açıq Platforma layihəsində tərcüməçi kimi fəaliyyət göstərir.

Scroll to top
azAzerbaijani